Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
.NET MAUI-nin xüsusiyyətlərinin tədqiqi: Çarpaz gəlişdirmənin gələcəyi
22 oktyabr 2023 19:15
521

.NET MAUI-nin xüsusiyyətlərinin tədqiqi: Çarpaz gəlişdirmənin gələcəyi

Sürətlə inkişaf edən İT dünyasında yeniliklərdən xəbərdar olmaq həm proqramçılar, həm də biznes üçün vacibdir. Bu sahədə maraqlı inkişaflardan biri .NET MAUI - mobil və desktop tətbiqlərin gəlişdirilməsi üçün yeni freymvork. Bu məqalədə MAUI-yə nəzər salıb onun xüsusiyyətlərini araşdıracağıq.

.NET MAUI nədir?

MAUI, yəni Multi-platform App UI, Microsoft tərəfindən hazırlanmış açıq freymvorkdur. MAUI-nin ilk versiyası 2022-ci ilin mayında buraxılıb, ardınca 2022-ci ilin noyabrında .NET 7 üçün yeniləmələr edildi. Bu, iOS, Android, macOS və Windows üçün bir kod bazası ilə native, yəni “doğma”, proqramlar yaratmaq üçün nəzərdə tutulmuş, 10 ildən çox tarixə malik olan və 2016-cı ildən Microsoft tərəfindən satın alınan və inkişaf etdirilən Xamarin.Forms freymvorkunun təkamülüdür. Bu vahid yanaşma çarpaz platformalı tətbiqlərin yaradılması və dəstəklənməsi üçün tələb olunan vaxtı və səyi əhəmiyyətli dərəcədə azaldır.

Xüsusiyyətlər

Vahid kod bazası, bir neçə platforma

MAUI ilə proqramçılar iOS, Android, macOS və Windows sistemlərində tək kod bazası ilə proqram yaza bilərlər. Bu, hər bir platforma üçün ayrıca kod bazalarını idarə etmək ehtiyacını aradan qaldırır, inkişaf prosesini sadələşdirir və cihazlar arasında eyni istifadəçi təcrübəsini təmin edir.

Adaptiv görünüş

MAUI-nin əsas xüsusiyyətlərindən biri onun adaptiv istifadəçi interfeysləri yaratmaq xüsusiyyətidir. Yəni MAUI ilə qurulmuş proqramlar cihazın parametrlərinə və ekran ölçüsünə əsaslanaraq öz görünüşünü avtomatik tənzimləyir. İstər smartfon, planşet və ya kompüter olsun, proqram həmin platformaya doğma görünəcək.

“Doğma” performans

MAUI, cihazın daxili alqoritm və utilitlərindən istifadə edərək, tətbiqlərin yüksək performans təmin etmələrinə imkan verir. Bu, veb əsaslı texnologiyalara əsaslanan platformaları ilə müqayisədə daha stabil və davamlı istifadəçi təcrübəsi ilə nəticələnir.

Genişlənən ekosistem

MAUI-nin imkanlarını artıran kitabxanalar, plaginlər və alətlər mövcuddur. Proqramçılar, .NET kitabxanalarından və NuGet paketlərindən istifadə edərək, inkişaf prosesini daha da sürətləndirə bilərlər.

.NET 8 ilə inteqrasiya

MAUI, .NET freymvorkun ən son versiyası olan .NET 8 ilə inteqrasiya olunub. Bu, bir sıra müasir xüsusiyyətlərə və performans təkmilləşdirmələrinə çıxış təmin edir.

Real nümunələr

Mənbə

Weather '21 və Calculator Sample App
Weather '21 və Calculator Sample App
BMI Calculator və MauiTubePlayer
BMI Calculator və MauiTubePlayer
Premier League və .NET Podcasts
Premier League və .NET Podcasts

Nümunə layihələr

Portfolionuz üçün MAUI üzərində yaza biləcəyiniz nümunə layihələr:

  1. E-ticarət tətbiqi: İstifadəçilərin məhsullara baxa, onları səbətə əlavə edib alış-veriş edə biləcəyi e-ticarət tətbiqi.
  2. İnventarizasiya sistemi: Ehtiyatın izlənilməsi, sifarişlərin idarə edilməsi və hesabatların yaradılması kimi prosesləri sadələşdirə biləcək, inventarla məşğul olan müəssisələr üçün bir tətbiq.
  3. 2D mobil oyun: MAUI-dən istifadə edərək həm Android, həm də iOS-da oynaya bilən 2D oyunları yarada bilərsiniz.
  4. ERP sistemi: Maliyyə, HR və inventarın idarə edilməsi kimi müxtəlif biznes proseslərini vahid sistemə birləşdirə biləcək bir tətbiq.
  5. Rezervasialar: İstifadəçilərə uçuşlar, otellər, restoranlar və icarə avtomobilləri axtarmağa, həmçinin rezervasiya etməyə imkan verən bir tətbiq.
  6. Tapşırıqların idarə edilməsi üçün tətbiq (to-do app).

MAUI ilə birinci addımlar

MAUI ilə işə başlamaq üçün Visual Studio proqramının ən son versiyasını yükləyib quraşdırmaq lazımdır. Microsoft saytında mövcud olan sənədlər və dərsliklər freymovarkla işləməyə təzə başlayanlar üçün dəyərli resurslar təklif edir.

Mülahizə

Şəxsən, .NET MAUI freymvorkun təqdim olunmasını proqramların gəlişdirməsində irəliyə doğru əhəmiyyətli bir sıçrayış təmsil etdiyini hesab edirəm. Doğma performans, adaptiv görünüş, inkişaf edən ekosistem və .NET 8 ilə inteqrasiya, .NET MAUI proqramlar gəlişdirməsinin gələcəyinin formalaşmasında mühüm rol oynayır. İndi isə, proqramçılar onun imkanlarını araşdırdıqca, biz .NET MAUI-ni növbəti illərdə stabil freymvorka çevrilərək, innovativ və davamlı proqramların meydana çıxacağını təxmin edə bilərik.

4
Müəllif
Şərhlər