Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Budur, Poscrib
12 oktyabr 2023 20:48
1011

Budur, Poscrib

Əziz istifadəçilər və qonaqlar,

Sizi ideyalarınızı və təcrübənizi böyüyən auditoriya ilə paylaşa biləcəyiniz yeni bloq mərkəzli platforma Poscrib-də görməkdən məmnunam.

Keçidlər

Haqqımızda səhifəsində, platformanın məqsəd, missiya və üstünlükləri ilə tanış ola bilərsiniz.

Sənədlərdə isə cari və gələcək müqavilələr, razılaşmalar yerləşdirilib.

Qaydalar bölməsində məqalə necə yazılmalı və format olunmalı suallarına cavab tapmaq olar.

Davamı səhifənin ən aşağısında) ↓

Yoxlanış sistemi

Şərh/Məqalə paylaşılandan sonra birbaşa yoxlamaya göndərilir. Nəticə olaraq:

  • Ya uğurla yoxlanılaraq platformada yerləşdirilir
  • Ya da səbəbi qeyd edilərək rədd edilir (lazımı dəyişiklikləri edəndən sonra yenə göndərə bilərsiniz)

Sistemin qismən avtomatlaşdırılmasına baxmayaraq, bütün məzmun əlavə olaraq moderasiya tərəfindən yoxlanılır. Bu səbəbdən şərhlər az, məqalələr isə çox vaxt apara bilər (maks 2 gün).

Redaktor

WYSIWYG (What You See Is What You Get) redaktoru platformanın öz proqramıçıları tərəfindən hazırlanmışdır və bütün hüquqlar onlara məxsusdur.

Redaktor proqramını/alqoritmini reverse engineer, decompile etmək, ondan törəmə variantlar yaratmaq qəti qadağandır.

Start

Məqalə yazmağa başlamaq üçün əvvəlcə qeydiyyatdan keçməlisiniz. E-poçtu təsdiqləndikdən və hesabınızı quraşdırandan sonra siz platformada araşdırma apara, resurslarla tanış ola və nəhayət ilk məqalənizi paylaşa bilərsiniz.

Rəy

Fikirləriniz bizim üçün önəmlidir! Təkliflərinizi təqdim etmək, rastlaşdığınız səhvləri bildirmək və ya platforma ilə bağlı verəcəyiniz suallar üçün rəy sistemi tətbiq etmişik. İstifadəçi təcrübəsini artırmaqda və istənilən problemi operativ şəkildə həll etməkdə bizə kömək etmək üçün rəyiniz vacibdir. Fikirlərinizi bizimlə bölüşməyə unutmayın!


Bir daha, Poscrib-ə xoş gəlmişsiniz.

Uğurlar!

10
Müəllif
Şərhlər